Yasəmən Əyyublu

Təvəllüd 2014-11-27 (11 yaş)
Diaqnoz Osteosarkoma (sümük xərçəngi)
Toplanmalı olan məbləğ 30 000 ₼

Hekayə

Yasəmən artıq bu çətin yolu bir dəfə keçib. O, əməliyyat olunub və 6 kurs kimyaterapiya alıb. Hamı inanırdı ki, hər şey geridə qaldı. Amma təəssüf ki, xəstəlik yenidən qayıtdı.

Hazırda o, yenidən mübarizə aparır və kimyaterapiyanın 4-cü kursundadır. Həkimlərin rəyinə əsasən, Yasəmənin həyatı üçün vacib olan növbəti əməliyyatın keçirilməsi lazımdır. Bu əməliyyat üçün 30 000 AZN vəsait tələb olunur.

Bu məbləğ onun müalicəsinin davam etməsi və sağlamlığına qovuşması üçün həyati əhəmiyyət daşıyır. Yasəmənin bu çətin mübarizədə qalib gəlməsi üçün sizin dəstəyinizə ehtiyacı var. ❤️

Ümumi Fonda Dəstək Ol

Hər bir manat ən çox ehtiyacı olan uşaqlara yönləndirilir.

Bütün ianələr Fondun ümumi hesabına toplanır və uşaqların müalicəsinin təcililiyinə uyğun olaraq prioritet əsasında bölüşdürülür.