Project Photo
Qlobal Layihə

Uşaq Şeirləri Toplusu

Layihə haqqında

Azərbaycan Uşaq Fondu uşaqların yaradıcılıq potensialının inkişafına dəstək göstərmək məqsədilə növbəti layihəsini təqdim edir — şeir toplusu.

Bu topluda ölkənin müxtəlif bölgələrindən olan 7–14 yaş aralığında uşaqların qələmə aldığı şeirlər yer alıb. Layihə çərçivəsində ümumilikdə:

  • 38 şeir Azərbaycan dilində
  • 16 şeir rus dilində

toplanaraq bir kitab halına gətirilmişdir.

Topluda uşaqların saf duyğuları, vətən sevgisi, ailə dəyərləri, təbiətə münasibəti, dostluq və həyat haqqında düşüncələri əks olunur. Hər bir şeir uşaqların daxili dünyasının, hisslərinin və baxışlarının səmimi ifadəsidir.

Bu toplu həm də fərqli talelərin, fərqli hekayələrin bir araya gəldiyi bir məkandır. Burada şəhid ailələrinin övladlarının qələmindən çıxan səmimi və təsirli misralar da yer alır və layihəyə xüsusi mənəvi dərinlik qatır.

Layihə çərçivəsində 500 nüsxə kitabın hazırlanması nəzərdə tutulur və ümumi realizasiya dəyəri 3000 manat təşkil edir.

Bu layihənin əsas məqsədi:

  • uşaqlarda yaradıcılığa marağı artırmaq,
  • onların istedadını üzə çıxarmaq,
  • öz fikirlərini sərbəst ifadə etmələrinə şərait yaratmaqdır.

Azərbaycan Uşaq Fondu inanır ki, bu kimi təşəbbüslər gələcək nəsillərin inkişafına, onların özünəinamının formalaşmasına və cəmiyyətə faydalı fərdlər kimi yetişməsinə mühüm töhfə verir.

Layihəyə Dəstək Ol

Töhfənizlə dəyişikliyin bir hissəsi olun