Azərbaycan Uşaq Fondunun bəyanatı

Bir neçə gün əvvəl İranda məktəblilərin hədəf alınmasını qətiyyətlə pisləmişdik. Bu gün isə İranda hakim olan molla rejiminin Azərbaycanda məktəb ətrafını təhlükə altına qoyması ciddi narahatlıq doğurur.

Məlumata görə, 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Şükürlər olsun ki, hadisə nəticəsində xəsarət alan yoxdur.

Uşaqların və təhsil müəssisələrinin təhlükəsizliyi BMT-nin Uşaq Hüquqları Konvensiyası və beynəlxalq humanitar hüququn əsas prinsipləri ilə qorunur. Uşaqlar və məktəblər hərbi təhlükənin hədəfi olmamalıdır.
Uşaqları hədəf almaq yalnız ağır bir günah deyil, eyni zamanda heç bir dövlətə, heç bir cəmiyyətə yaraşmayan bir hərəkətdir.

Uşaqlar toxunulmazdır.

Azərbaycan Uşaq Fondu
İdarə heyətinin sədri

Zəhra Bədəlbəyli

Onların Sizə Ehtiyacı Var!

Hər bir uşaq sağlam və xoşbəxt gələcək haqqına sahibdir. Lakin bəzən amansız xəstəliklər onların həyatını çətinləşdirir. Sizin kiçik bir diqqətiniz və dəstəyiniz, bir uşağın həyatını xilas etmək və ona yenidən gülüş bəxş etmək üçün ən böyük ümid ola bilər.

Vaxt itirmədən köməyə ehtiyacı olan uşaqlarla tanış olun və onların hekayəsini birlikdə dəyişək!

Uşaqlara Bax
Uşaqlara ümid olun