Məryəm Məmmədova
Hekayə
Məryəm uzun müddətdir ağır xəstəliklərlə mübarizə aparır. Serebral iflic, hidrosefaliya və epilepsiya ilə yanaşı, onun sol bud-çanaq oynağında çıxıq və ətraf oynaqlarında ciddi kontrakturalar mövcuddur.
Hazırda Məryəmin vəziyyəti ağırlaşıb. Bud nahiyəsində güclü ağrılar onun gündəlik həyatını daha da çətinləşdirir. Həkimlərin rəyinə əsasən, ağrıları azaltmaq və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün Moskvada cərrahi müdaxilənin həyata keçirilməsi tövsiyə olunur.
Əməliyyat və müalicə ilə bağlı xərclər üçün ümumilikdə 20 000 AZN vəsait tələb olunur.
Məryəmin ağrılarının azalması və daha rahat həyat yaşaması üçün sizin dəstəyinizə ehtiyacı var. Hər bir yardım onun üçün çox dəyərlidir. ❤️

Ümumi Fonda Dəstək Ol
Hər bir manat ən çox ehtiyacı olan uşaqlara yönləndirilir.
Məryəm Məmmədova