Ulu Öndərin Mirasından Bu Günə
1987-ci ildən bəri uşaqların gələcəyi üçün fəaliyyət göstəririk.
Əsasını Heydər Əliyev Qoydu
1987-ci ildə ümummilli liderimiz Heydər Əliyevin böyük dəstəyi ilə Sovet Uşaq Fondu, 1988-ci il aprelin 14-də isə onun nəzdində Azərbaycan Uşaq Fondu yaradılmışdır.
Bu ideyanın həyata keçirilməsində dahi rəhbərimiz Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. O, SSRİ hökumətinin hərtərəfli dəstəyinə nail olaraq, gələcəyimiz olan uşaqların müdafiəsini dövlət səviyyəsinə qaldırdı.
Müharibə illərində valideynlərini itirmiş minlərlə azərbaycanlı övladına dəstək olmaq Fondun ana xəttinə çevrildi.
Ənənələrin Davamı
Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Fond müstəqil fəaliyyətini davam etdirib.
Heydər Əliyev siyasi kursunu ölkəmizdə uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev əsası ulu öndərin qoyduğu ənənələri yorulmadan davam etdirir.
Prezident İlham Əliyevin 2009-cu ilin “Uşaq ili” elan edilməsi haqqında Sərəncamı dövlətimizin başçısının uşaqlara göstərdiyi diqqət və qayğının bariz nümunəsi, Heydər Əliyev ənənələrinin layiqli davamıdır.
Hüquq və İnkişaf
2008-ci ildə Uşaq Fondu Azərbaycanda uşaq hüquqları haqqında qanun hazırlayıb parlamentə təqdim edib və sonradan qəbul edilib.
Hər il ölkəmizin paytaxtı Bakıda və regionlarda uşaqların sağlamlığının və təhsilinin yüksək səviyyədə təşkili üçün müxtəlif maraqlı layihələr həyata keçirilir.
Qürurla qeyd edirik ki, Azərbaycan Uşaq Fondu Beynəlxalq Uşaq Fondları Assosiasiyasının tamhüquqlu üzvüdür.
Məqsəd və Vəzifələrimiz
Maliyyə Mənbələri və Əlaqə
Fondumuz ianələr, qrantlar, xeyriyyə tədbirləri və korporativ əməkdaşlıq hesabına formalaşır.
İndi İanə Et