Mirnofəlin tarlı dünyası

Şəmkir rayon 7 illik Uşaq Musiqi Məktəbinin 4-cü sinif şagirdi Mirnofəl Həsənov Azərbaycan Uşaq Fondunun qonağı oldu. O, tara olan sevgisini ifa etdiyi musiqi parçaları ilə göstərdi.

Mirnofəl 4 ildir ki, tar musiqi aləti ilə məşğul olur. Tara olan vurğunluğunu ana babası –

ali təhsilli musiqiçi Rəşid İbrahimov aşılayıb. Babası Rəşid müəllimin şagirdi olan Mirnofəl bir neçə müsabiqlərdə iştirak edib. O, 2021-ci ildə “Zəfər Günü” müsabiqəsinin laureatı, eləcə də, beynəlxalq müsabiqələrdə də laureatı olub. Linkə keçid etməklə Mirnofəlin ifasını dinləyə bilərsiniz:

Hazırda Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş IV Respublika musabiqəsində iştirak edir.O, müsabiqənin I turunda ən yüksək balla qiymətləndirilib.

Mirnofəl gələcəkdə Azərbaycan Milli Konservatoriyasının tələbəsi adını qazanmaq, tarın incəliklərini və sirlərini öyrənərək tanınmış tarzən olmaq istəyir.

Onların Sizə Ehtiyacı Var!

Hər bir uşaq sağlam və xoşbəxt gələcək haqqına sahibdir. Lakin bəzən amansız xəstəliklər onların həyatını çətinləşdirir. Sizin kiçik bir diqqətiniz və dəstəyiniz, bir uşağın həyatını xilas etmək və ona yenidən gülüş bəxş etmək üçün ən böyük ümid ola bilər.

Vaxt itirmədən köməyə ehtiyacı olan uşaqlarla tanış olun və onların hekayəsini birlikdə dəyişək!

Uşaqlara Bax
Uşaqlara ümid olun