Yeniyetmə badmintonçularımız Vətənə 4 qızıl medalla qayıtdı

Yeniyetmə badmintonçularımız İsrailin Rişon-le-Sion şəhərində keçirilən beynəlxalq “PACK LINE Israel Youth 2023” turnirində 4 qızıl və 1 gümüş medal qazanıb.

Turnirdə ən yaxşı nəticəni yeniyetmə idmançımız Leyla Camalzadə göstərib. Leyla 15 yaşadək badmintonçuların şəxsi, qoşa və qarışıq qoşa yarışlarında qızıl medal qazanaraq mütləq çempion kimi Azərbaycan badminton tarixində ilkə imza atıb.

Qeyd edək ki, Leyla Camalzadə ötən il Serbiyada keçirilən beynəlxalq “Youth International” turnirində də fəxri kürsüdə yer alıb.

Leyla Camalzadə və Qəndab Niftəlizadə 15 yaşadək qız badmintonçuların qoşa yarışında da turniri qalib başa vurub. Dairəvi sistem üzrə keçirilən bu kateqoriyada qız badmintonçularımız mütləq nəticə göstərərək qrupda birinci yerə layiq görülüblər.

15 yaşadək badmintonçuların qarışıq qoşa kateqoriyasında da qızıl medal qazanan tərəf Azərbaycan təmsilçiləri olub. Əli Gözəlov-Leyla Camalzadə tandemi ardıcıl qələbələr sayəsində fəxri kürsünün ilk pilləsində yer alıb.

Daha 1 qızıl medalı hesabımıza 13 yaşadək qız badmintonçuların şəxsi yarışında Qəndab Niftəlizadə yazdırıb.

13 yaşadək badmintonçuların qarışıq qoşa yarışında isə Fərəc Kərimli və Qəndab Niftəlizadə yalnız finalda uduzaraq gümüş medal əldə edib.

Onların Sizə Ehtiyacı Var!

Hər bir uşaq sağlam və xoşbəxt gələcək haqqına sahibdir. Lakin bəzən amansız xəstəliklər onların həyatını çətinləşdirir. Sizin kiçik bir diqqətiniz və dəstəyiniz, bir uşağın həyatını xilas etmək və ona yenidən gülüş bəxş etmək üçün ən böyük ümid ola bilər.

Vaxt itirmədən köməyə ehtiyacı olan uşaqlarla tanış olun və onların hekayəsini birlikdə dəyişək!

Uşaqlara Bax
Uşaqlara ümid olun